yüklənir...
yüklənir...

SON DƏQİQƏ

DunyaVeBiz.Az
Yüklənir...
reklam

Şəhid ailəsi hələdə mənzillə təmin edilməyib - ŞİRVANDA

Şəhid ailəsi hələdə mənzillə təmin edilməyib - ŞİRVANDA
2-05-2017, 01:59 76 dəfə baxılıb

Şəhid ailəsi hələdə mənzillə təmin edilməyib - ŞİRVANDA
Bir müddət əvvəl medianın gündəmindən düşməyən “İcra başçısı şəhid ailəsini təhqir etdi” sərlövhəli yazıların dərc edilməsindən sonra Mərdan Camalov özünün sıcaq münasibətdə olduğu medialar vasitəsi ilə yazını təqzib etməyə çalışdı. BakuNews.az olaraq apardığımız araşdırmalardan isə məlum olub ki, Şəhidin adına salınmış bulağın pis vəziyyətdə olması elə onun ruhuna və ailəsinə qarşı bir başa ictimai hörmətsizlikdir. Şirvan şəhər icra başçısı M.Camalova yaltaqlanan “jurnalistlər” başçı şəhid ailəsinə ev verdi deyə uydurma dedi-qodular yaymaqla məşğul olmaqdadırlar. Medianın istiqamətini dəyişdirməyə nail olmağa çalışanlar jurnalistikadan bixəbər kəslərdir. Biz isə məsələyə o “jurnalist” gözü ilə deyil əsil peşəkarlıqla yanaşaraq məsələyə aydınlıq gətirmək yönümündə araşdırmalarımızı davam etdiririk.

BakuNews.az-a daxil olan məlumatlara görə, Mərdan Camalov şəhərin piyada səkilərini dəfələrlə üzlətdirməkdədir. Etibarlı mənbə qeyd edir ki, həmin üzlüklərin şirkətləri isə başçıya aidir. Şirkətinin “Camalxan” adı daşımasıda sahibinin kimliyindən xəbər verməkdədir.

Azərbaycan media məkanında şəhid ailələrinin incidilməsi və hörmətsizlik edilməsi ilə bağlı şikayətlərin işıqlandırlmasına yer verildikdən dərhal sonra şəhər meriyası tərəfindən həmin ailə təsir və təzyiqlərə məruz qalır. Bu gün biz BakuNews.az olaraq Şirvan şəhər sakini şəhid ailəsi Bahar xanımla telefon əlaqəsi saxladıq. Şəhid ailəsinin mənzilə təmin edilməsi ilə bağlı yayılan xəbərə aydınlıq gətirdik. Bahar xanım qeyd etdiki illərdir yataqxanada məskunlaşıb.
Şəhid ailəsi hələdə mənzillə təmin edilməyib - ŞİRVANDA
1992-ci ildə Əliyev Kamil Fazil oğlu Mardakentdə telestudiyanın yanındakı taxıl zəmisində silahdaşları ilə birgə öldürülüb. Həmin dövrdə 3 azərbaycanlı şəhid geri verilib ki onlardanda biri Əliyev Kamil Fazil oğlu olub. Müharibəyə getməmişdən öncə Şirvan şəhər Xəqani küçəsi 20, mənzil 56 yaşayırdı. Şəhid olduqdan sonra isə yaşadığı mənzilin önündə şəhid xatirəsinə bulağ inşa edilib. K.Əliyevin vəfatından sonra ailənin zorluqları artıb və mənzil 56 satılmalı olub. Şəhidin həyat yoldaşı ağır xəstəlik keçirdiyindən müalicəsinə icra hakimiyyəti tərəfindən dəstək olunmadığından evi satmaq məcburiyyətində qalıb. Hal-hazırda şəhid K.Əliyevin həyat yoldaşı Əliyeva Bahar Məmməd qızı sağlam olsada 2000-ci ildən kirayələrdə qalmaq məcburiyəti ilə üzləşib. 2009-cu ildən isə məzil qeydiyyatı ilə bağlı dəfələrlə icra hakimiyyətinə məktub ünvanlamasına baxmayaraq hələdə şəhid ailəsi mənzillə təmin edilməmişdir. Bu gün B.Əliyeva hələdə yataqxanalarda ömür sürməkdədir. Məgər bir şəhid ailəsini evlə təmin etmək şəhər icra başçısı üçün bu qədərmi müşkül məsələyə çevrilib.
Şəhid ailəsi hələdə mənzillə təmin edilməyib - ŞİRVANDA
Bu gün Respublikamızın bir çox bölgələrində Şəhid və Milli Qəhrəmanların ailə üzvlərinə xüsusi diqqət və qayğı göz önündədir. Bu yaxınlarda DTX-nin rəisi cənab Mədət Quliyevin Milli Qəhrəmanın qardaşını idarədə işlə təmin etməsi bir çox məmurlarımıza xüsusəndə icra başçılarına örnək və ibrət olmalıdır. Belə ibrətamiz addımlardan birini də Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin Sədri Vasif Talıbov atmışdır. Dəfələrlə Şəhid və Milli Qəhrəmanların ailəllərinə həmçinin Qarabağ Qazilərinə xüsusi diqqət və qayğısı ilə seçilən hörmətli Vasif Talıbov cənabları bu gündə mütəmaddi olaraq torpaqlarımızın azadlığı uğrunda müəyyən formada itki verən ailəlləri diqqətdən kənar qoymur. Hətta bütün məmurlara bu barədə xüsusi göstərişlər verir.
Şəhid ailəsi hələdə mənzillə təmin edilməyib - ŞİRVANDA
Ancaq təəssüflər olsun ki, Mərdan Camalov kimi icra başçılarımızda var ki, şəhid ailəsinin illərlə kirayə mənzillərdə qaldığını bilə-bilə onları mənzillə təmin etmir. Bu gün Şirvan ictimaiyyəti üçün dəfələrlə səkilərə üzlük döşətdirmək yox əhalinin aztəminatlı ailələrinə diqqət və qayğı gərəkdir. Meddiada ictimailəşən bu məsələdən sonra çox güman ki, müxtəlif təzyiq və təsirlər olacaqdır. Ancaq buna baxmayaraq biz daima ona səs verən vətəndaşının müraciətlərini layiqincə dəyərləndirən möhtərəm Prezidentimizə güvənirik
Şəhid ailəsi hələdə mənzillə təmin edilməyib - ŞİRVANDA

Mövzu diqqətimizdədir
Redaksiyadan: Yazıda adları çəkilən qurum və şəxslərin mövqeyini dinləyib dərc etməyə hazırıq.скачать dle 10.6фильмы бесплатно


www.dunyavebiz.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
yüklənir...
GÜNDƏM
KÖŞE YAZARLARI
yüklənir...
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ
SON DƏQİQƏ