SON DƏQİQƏ

DunyaVeBiz.Az

Şaftalı nəyə xeyirdi?

23-04-2019, 16:27

ŞAFTALI. Meyvələrindən, yarpaqlarından və yağından istifadə olunur. Belə hesab edilir ki, şaftalının meyvələri sakitləşdirici, bir qədər işlədici və sidikqovucudur. Qusmanın qarşısını almaq qabiliyyəti vardır. Qidanın yaxşı həzm olunmasına kömək edir. Bronxitdə, öskürəkdə və astmada şaftalının meyvələri şəfaverici təsir göstərir. Şaftalı xarici mühitin namünasib təsirinə qarşı orqanizmin uyğunlaşmasına (təzəsi, mürəbbəsi, kompotu və qurusu) kömək edir. Xalq təbabətində yarpaqlarının və çiçəklərinin həlimi işlətmə vasitəsi kimi istifadə edilir. Müasir kosmetikada şaftalının həlimindən üzə maska çəkirlər ki, bu maska üzün dərisini təmizləyir, onun elastikliyini və gözəlliyini artırır.

Yadda saxlamaq lazımdır ki, diabet (şəkər) və əsəb xəstələri, şaftalını az yeməlidirlər. Qurd olan zaman şaftalının yarpaqlarından 2 x.qaşığı götürüb 2 stəkan qaynar su töküb gecədən termosda dəmləmək, süzmək. Gündə yeməkdən 1 saat qabaq 4 dəfə 100 ml. içmək məsləhətdir.

Əsəb xəstəliyindən əziyyət çəkənlər vaxtaşırı şaftalı, alma yeməlidirlər. Yeməkdən qabaq şaftalı, üzüm, turşməzə alma yemək iştahanı artırır.

Vaxtaşırı şaftalı yemək öd kisəsinin normal işləməsinə kömək edir.скачать dle 10.6фильмы бесплатно


www.dunyavebiz.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ