SON DƏQİQƏ

DunyaVeBiz.Az

Yevlaxda həmkəndlisini qətlə yetirən şəxsin məhkəməsi başlayır

6-12-2018, 11:19

Yevlaxda həmkəndlisini qətlə yetirən şəxsin məhkəməsi başlayırYevlaxda qətl törətməkdə təqsirləndirilən Mahir Paşayevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

"Report"un xəbərinə görə, cinayət işi baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Rəşid Hüseynovun icraatına verilib.

Məhkəmənin hazırlıq iclası dekbarın 19-na təyin edilib.

Qeyd edək ki, hadisə bu il Yevlax rayonunda baş verib. 60 yaşlı kişi özündən 15 yaş kiçik həmkəndlisini qətlə yetirib.

Belə ki, rayonun Xaldan qəsəbəsi ərazisində yerləşən çayxanada M.Paşayevlə Xəyal Yusifov arasında mübahisə düşüb. Nəticədə M.Paşayev bıçaqlayıb.Yaralı kəsilmiş-deşilmiş xəsarətlə rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib, tibbi personal tərəfindən göstərilən səylərə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Yevlax Rayon Polis Şöbəsi və prokurorluq əməkdaşları tərəfindən hadisə yeri və meyit müayinə olunub, maddi sübutlar götürülüb. Keçirilən istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən M.Paşayev saxlanılıb.

Saxlanılan M.Paşayev əməlini etiraf edərək, həmkəndlisini söyüş üstündə bıçaqla vurduğunu bildirib.скачать dle 10.6фильмы бесплатно


www.dunyavebiz.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ