SON DƏQİQƏ

DunyaVeBiz.Az

Gənclərin azadlıq anlayışı - Azad olmaqla açıq-saçıqlığı kimlər səhv salır?

15-05-2019, 21:53

Azadlıq - bu məfhumun səslənməsi belə tarix boyu hər kəsi qorxudub, bəzən isə ailələrdə övladla valideyn arasında uçurumlar yaradıb. Çünki müasir dövrün adamı üçün azadlıq bir anlayışdır, valideynlər üçün başqa anlayış.

Valideynlərin bu qədər qorxduğu “azadlıq” nədir? Sərhədləri varmı, varsa, hara kimidir?

Alman sosioloqu Niklas Luhman deyir ki, azadlıq məhdudiyyət qoyulmasının hiss olunmamasıdır.

Azadlığa daha çox meyilli olanların gənc nəsildən olduqlarını nəzərə alaraq, elə bu məfhumla bağlı onların fikirlərini öyrəndik.

Gənclərin Dunyavebiz.az-a verdikləri açıqlamalardan nəticə olaraq onu deyə bilərik ki, yaşlı təbəqənin insanları, sən demə, azadlıq anlayışını düzgün qavramırlar.

Bu isə gənclərə problem yaradır, bu da öz növbəsində onların narazılığına səbəb olur.

“Azadlığın necə qavranılması insanların yaşlarından və mühitlərindən asılıdır. Yaşlı nəslin yanında “azadlıq” deyəndə düşünürlər ki, insanlar pis nələrləsə məşğul olmaq istəyir, anlamırlar ki, insanlar öz həyatlarını qurmağa çalışırlar. Gənc nəslin çoxu isə azad olmağın azad düşüncəyə, azad məqsədlərə sahib olmaq olduğunu bilir.

Azadlıq - heç kimdən asılı olmadan ayaqlarının üstündə dayana bilmək, fikrini heç kimdən qorxmadan deyə bilmək, həyatının iplərinin öz əllərində olması, həyatın, gələcəyin barədə qərar vermək deməkdir. Məsləhət almaq olar, amma nə valideynlərin, nə də başqa birinin digərinin həyatını yönəltməyə haqqı var. Qərarları özümüz verib, səhv də olsa, düz də olsa, onun məsuliyyətini daşımalıyıq”, - deyə azadlığa can atan, bunun üçün ətrafındakılarla savaşmaq məcburiyyətində qalan, elə bu səbəbdən də adının çəkilməsini istəməyən U.M. bildirir.

Məsələ bununla yekunlaşmır.

Gənclər arasında da “azadlıq” anlayışını düzgün qavramayanlar kifayət qədərdir.

“Azadlıq”la müasirliyi səhv salmaq da bu qəbildən olan bəlalardandır.

Etdiyi hərəkətlər, düşüncə tərz(sizlik)ləri ilə gəncliyi gözdən salanların sayı az da olsa, müəyyən qədər təsir gücləri var və bunu yaya bilirlər. Axı gənclər həm də bir az marjinallığa meyilli olur...

Bu barədə də fikirlərini öyrənmək üçün elə gənclərə müraciət etdik.

Fərid Süleymanlı azadlığın “istədiyin kimi yaşamaq”dan əlavə, başqa amillərdən də ibarət olduğunu deyir. Onun fikrincə, gənclər azad olduqlarını düşünsələr də, mahiyyətini başa düşmürlər:

“Azadlıq deyəndə çoxu “ürəyim nə istəsə edə bilim, istədiyim hər yerə gedim, istədiyim kimi yaşayım” kimi başa düşür. Halbuki təkcə bu deyil, əsas olan heç nə və heç kimdən asılı olmamaq, komplekslərin olmamasıdır. Azadlıq qorxuların, inamsızlığın olmaması, sərbəst qərar verə bilməkdir. Amma indi rahat yaşayan, istədiyi bir çox şeyi edən gənclər azad olduqlarını düşünürlər”.скачать dle 10.6фильмы бесплатно


www.dunyavebiz.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ