SON DƏQİQƏ

DunyaVeBiz.Az

Bu azərbaycanlı ailə 25 ildir ət yemir - FOTO

20-05-2019, 12:38

Niftəliyevlər ailəsi 25 ildir ət və ət məhsulları yemir. Dörd nəfərdən ibarət olan ailə həm də yoqa ilə məşğuldur.
Dunyavebiz.Az xəbər verir ki, bu ailənin vegetarian olma da yoqadan qaynaqlanır.
“Bir heyvanı yemək üçün öldürməyi qəbul etmirəm. Vegetarian olmayanlara hörmətlə yanaşırıq. Amma mən, həyat yoldaşım və iki övladım ət yemirik. Bir kiloqram ətə verilən pulla bir həftə qidalana biləcəyimiz qədər tərəvəz alırıq”, - deyə ailə başçısı Ədalət Niftəliyev bildirir.
REKLAM


iticket.az
Daha ətraflı


Ailə ətdən imtina etməyin çətin olmadığını deyir. Niftəliyevlərin əsas qida rasionunu süd, süd məhsulları və tərəvəzlər təşkil edir. Ailə bu cür qidalanmağın həm sağlamlıq, həm də iqtisadi baxımdan sərfəli olduğunu bildirir.
“25 ildə bir dəfə olsun xəstələnməmişik. Bizim yaşda olanlar səhhətlərində yaranan problemlə bağlı ən azı bir dəfə əməliyyat olunublar. Biz isə həkimə ehtiyac duymuruq”, - deyə Sevinc Niftəliyeva qeyd edir.
Hazırda ölkəmizdə 300-ə qədər ailə vegetariandır. Avropa ölkələrində isə onların sayı minlərlədir. Qeyd edək ki, vegetarianlar ət və ət məhsullarından imtina edərək, əsasən, tərəvəz məhsulları ilə qidalanırlar.скачать dle 10.6фильмы бесплатно


www.dunyavebiz.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ