SON DƏQİQƏ

DunyaVeBiz.Az

"Qəbələ" Almaniya və Rusiya klubuna qarşı

5-12-2018, 15:31

"Qəbələ" Almaniya və Rusiya klubuna qarşı"Qəbələ”nin 2018-19 mövsümünün qış fasiləsindəki hazırlıq planı müəyyənləşib.


Dunyavebiz.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, Azərbaycan kubokunun 1/4 final mərhələsinin dekabrın 20-də keçiriləcək cavab oyunundan sonra istirahətə buraxılacaq "qırmızı-qaralar” 2019-cu il yanvarın 6-da Bakıda bir araya gələcək.

Sənan Qurbanovun baş məşqçisi olduğu komanda ayın 13-dək paytaxtda hazırlıq keçəcək. Mövsümün ikinci yarısına hazırlığın növbəti mərhələsi Türkiyədə gerçəkləşəcək. "Qəbələ” yanvarın 13-dən 27-dək Antalya şəhərində təlim-məşq toplanışında olacaq. "Qırmızı-qaralar” Lara bölgəsindəki "Trendi otel”də məskunlaşacaq.

Türkiyə toplanışı müddətində 4 yoxlama oyunu nəzərdə tutulub. Komanda yanvarın 16, 20, 24 və 26-da keçiriləcək matçlarda qüvvəsini sınayacaq. Bu qarşılaşmalardakı rəqiblərdən ikisi dəqiqləşib. "Qəbələ” yanvarın 16-da Almaniyanın 3-cü liqa klubu "Meppen”lə üz-üzə gələcək. Ayın 24-dəki rəqib isə Rusiya təmsilçisi "Fakel” olacaq.скачать dle 10.6фильмы бесплатно


www.dunyavebiz.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ