SON DƏQİQƏ

DunyaVeBiz.Az

"Qarabağ"la oyundan öncə "Arsenal"da iki itki

6-12-2018, 11:26

"Qarabağ"la oyundan öncə "Arsenal"da iki itkiİngiltərə Premyer Liqasının XV turunda səfərdə "Mançester Yunayted"lə heç-heçə oynayan (2:2) "Arsenal"ın 2 futbolçusu zədələnib.

Dunyavebiz.az xəbər verir ki, ötən axşam baş tutan görüşdə Rob Holdinq və Aaron Remzi sıradan çıxıb. Holdinq 36-cı dəqiqədə dizindən xəsarət alıb. Meydanı xərəkdə tərk edən 23 yaşlı müdafiəçini Stefan Lixştayner əvəzləyib. 3 aydan sonra ilk dəfə matça start heyətdə çıxan uelsli orta sahə oyunçusu isə ikinci hissədə meydanda olmayıb.

Baş məşqçi Unay Emeri 28 yaşlı Remzinin zədəsinin ciddi olmadığını söyləsə də, Holdinqlə bağlı böyük problemlə üzləşə biləcəklərini vurğulayıb. Onun sözlərinə görə, ilkin əlamətlər heç də pozitiv deyil.

Qeyd edək ki, Rob Holdinq "Arsenal"ın sentyabrın 20-də Bakıda "Qarabağ"la oynadığı qarşılaşmada sonadək meydanda olub və 43-cü dəqiqədə sarı vərəqə alıb. Bu komandalar Londonda dekabrın 13-də üz-üzə gələcəklər.скачать dle 10.6фильмы бесплатно


www.dunyavebiz.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ