SON DƏQİQƏ

DunyaVeBiz.Az

"Azərbaycan millisindən 6 xal almalıyıq"

3-12-2018, 13:03

"Azərbaycan millisindən 6 xal almalıyıq"
Azərbaycan sərt rəqib deyil, amma biz heç bir halda bu komandanı qiymətləndirməməliyik. Bu komandadan 6 xal almalıyıq. Amma bir daha deyirəm: biz Azərbaycanı qiymətləndirməyə bilmərik.

Dunyavebiz.az report-a istinadən xəbər verir ki, bunu Slovakiya millisinin futbolçusu Marek Hamşik 2020-ci il Avropa çempionatının seçmə mərhələsinin püşkünü "Pravda" nəşri üçün dəyərləndirərkən deyib. İtaliya "Napoli"sində çıxış edən 31 yaşlı hücumçu çətin qrupa düşdüklərini bildirib. Yığmanın kapitanının fikrincə, qrupun favoriti Xorvatiyadır: "Bunu Xorvatiyanın son dünya çempionatındakı nəticələri də təsdiqləyir. Çox xoşagəlməz rəqibdir. Hərçənd, biz bu komanda ilə Fransadakı dünya çempionatında heç-heçə etmişdik. Uelsin baş məşqçisi Rayan Giqqz isə döyüşkən əhval-ruhiyyə ilə döyüşkən futbol oynadır. Maraqlıdır ki, mən hələ Macarıstana qarşı oynamamışam. Öz qonşularımızla görüşü səbirsizliklə gözləyirəm. Çünki onların yaxşı azarkeşləri var. Fanatları bu komandaya həm ev, həm də səfər oyunlarında böyük dəstək verirlər".

Qeyd edək ki, Azərbaycan millisi Slovakiya ilə iyunun 11-də evdə, noyabrın 19-da isə səfərdə üz-üzə gələcək.скачать dle 10.6фильмы бесплатно


www.dunyavebiz.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ