SON DƏQİQƏ

DunyaVeBiz.Az
Yüklənir...
reklam

MTN Polkovniki üzləşmədə Kərəm Həsənovu niyə təhqir etdi? – “O, kimdir ki...?”

MTN Polkovniki üzləşmədə Kərəm Həsənovu niyə təhqir etdi? – “O, kimdir ki...?”
3-05-2017, 15:30 78 dəfə baxılıb

Xəbər verdiyimiz kimi, ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin Antiterror Mərkəzinin rəisi, general-mayor Elçin Quliyevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb. Elçin Quliyev və Antiterror Mərkəzinin əməkdaşı, polkovnik Azər Mehdiyevin cinayət işinə Bakı Hərbi Məhkəməsində baxılır.
Elçin Quliyevə qarşı irəli sürülən ittihamlardan biri də ləğv olunmuş MTN-nin Situasiya Mərkəzinin rəis müavini vəzifəsində işləmiş polkovnik Malik Mustafayevi özünü öldürmə həddinə çatdırması ilə bağlıdır. Ötən məhkəmə prosesində bu epizod üzrə şahidlərin məhkəmədə ifadələri dinlənilib. Bu haqda saytımızda yazı gedib və proses davam etdikcə əlavə məlumatlarımız olacaq.
Məlumat üçün qeyd edək ki, mərhum polkovnik Malik Mustafayevin qardaşı Mətləb Mustafayev MTN-nin Antiterror Mərkəzi tərəfindən günahsız yerə həbsə alındığından, iş üzrə zərərçəkmiş şəxs kimi tanınıb.
Mətləb Mustafayev həbsə alınmasını, özünün MTN-də işgəncələrə, ailəsinin isə təhdidlərə məruz qalmasını, həmçinin qardaşının intihara sürüklənməsini Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin sədri Kərəm Həsənovun sifarişi ilə əlaqələndirib. O, istintaqa ifadəsində sifarişçi kimi məhz onun adını söyləyib. Bunun səbəbi kimi isə 2011-ci ilin oktyabr ayınadək çalışdığı Əmlak Məsələləri üzrə Dövlət Komitəsindən qanunsuz olaraq işdən çıxarıldığı üçün Komitə sədri Kərəm Həsənovla həm hüquqi müstəvidə mübarizə aparması, həm də özəlləşdirmədə baş verən ciddi qanunsuzluqları ictimailəşdirməsini göstərib.
Belə ki, Mətləb Mustafayev məhz saytımızda Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) və onun sədri Kərəm Həsənov barəsində 2014-cü ilin iyun-avqust aylarında dərc etdirdiyi silsilə ifşaedici məqalələrdən sonra MTN tərəfindən həbs olunmuşdu.Təqdim etdiyi materiallarda özəlləşmədəki korrupsiya sxemini açan Mustafayev, həmçinin Komitə sədrinin şəxsi əmlaklarının natamam siyahısını da təqdim etmiş, eyni zamanda onun siyasi ambisiyalarından – Baş nazir olmaq arzusu və bu istiqamətdə çalışmalarından bəhs etmişdi.
Belə geniş miqyaslı ifşadan ƏMDK sədrinin ciddi narahatlıq keçirdiyi və MTN rəhbərliyi ilə isti münasibətlərindən istifadə edərək, M.Mustafayevin həbsinə nail olduğu iddia edilir. Hər halda M.Mustafayev həm istintaqa ifadəsində, həm də mediaya açıqlamasında belə söyləyib.
Mətləb Mustafayev, həbs edildikdən sonra, Elçin Quliyevin ondan məhz Kərəm Həsənovun sifarişi ilə general Əli Nağıyev və qardaşı Vəli Nağıyev haqqında böhtan xarakterli ifadələr verməsini tələb etdiyini bildirib.
Bu zaman əsas kimi qardaşı, mərhum Malik Mustafayevin general Əli Nağıyevlə tanışlığı (vaxtilə MTN-də bir yerdə çalışıblar-red.) əsas götürülüb. Və Mətləb Mustafayevdən onların əleyhinə özlərinin tərtib etdiyi ifadələrə imza atmaq tələb olunub. Mətləb Mustafayev bundan imtina etdikdə isə işgəncələrə məruz qalıb. Hətta bədəninə elektrik belə verilib. Malik Mustafayev həmkarlarından qardaşına qarşı bu anti-insani rəftara son qoymağı tələb etsə də, Elçin Quliyev tələb olunan ifadəni imzalamayacağı halda onu və bütün qohumlarını həbs edəcəklərini bildirib.
Qeyd edək ki, eyni məzmunlu ifadəni Malik Mustafayevin özündən də almağa cəhd göstəriblər. Bu barədə M.Mustafayev, intihar etməzdən bir gün əvvəl görüşdüyü dostu Əbülfəz Məmmədovla söhbətində bildirib. Bunu Ə. Məmmədov istintaqa ifadəsində söyləyib. Bildirib ki, Malik Mustafayevlə intihar etməzdən bir gün əvvəl yaşadıqları yerin yaxınlığındakı restoranda görüşüblər. Malik Mustafayev çox gərgin və bədbin olub. MTN-də ondan və qardaşından general Əli Nağıyevin əleyhinə yalan ifadə almaq istədiklərini, kiməsə şər atmağın kişiliyə yaraşmadığını bildirib. Malik Mustafayev intihardan əvvəl yazdığı məktubda da “Mətləbin yazısı və məhkəmə prosesi haqda məlumatım olmamışdır” fikrini qeyd etməklə, qardaşının kiminsə sifarişi ilə hərəkət etmədiyini bir daha göstərib.
Bütün bunlara baxmayaraq, MTN-nin Antiterror Mərkəzinin rəisi işləmiş general-mayor Elçin Quliyev və onun müavini İlqar Əliyev istintaqa ifadələrində Kərəm Həsənovun sifarişi ilə hərəkət etdiklərinə dair iddiaları qəbul etməyiblər. Onlar Kərəm Həsənovla nəinki yaxın münasibətlərinin, hətta şəxsi tanışlıqlarının olduğunu belə danıblar. Mətləb Mustafayev, adıçəkilən şəxslərlə üzləşmə zamanı onları Kərəm Həsənovun sifarişini yerinə yetirməkdə ittiham etdikdə, İlqar Əliyev “Kərəm Həsənov… (Təhqiramiz ifadə işlədib-red) O, kimdir ki, biz onun şifarişini yerinə yetirək?” – deyə, Komitə sədrini aşağılayan ifadələr işlədib.
Ancaq keçmiş MTN-çilərin bu iddialarını Elçin Quliyevə qarşı qaldırılmış cinayət işinin digər bir epizodunda əldə edilən məlumatlar tamamilə yalana çıxarır. Məlum olur ki, Elçin Quliyev “şəxsi tanışlığı olmayan” Kərəm Həsənovdan şəxsən xahiş edərək, dövlət qurumlarından birinin balansında olan ərazini qanunsuz olaraq öz adına özəlləşdirə bilib!
Elə ki, istintaq materiallarından belə məlum olur ki, Elçin Quliyev və müavini İlqar Əliyev 2011-2013-cü illər ərzində bir neçə dəfəyə Bakı Şəhəri Mərdəkan qəsəbə sakini Ələsgər Əliyev və ailə üzvlərinin istifadəsində olan 113 sot torpaq sahəsini hədə-qorxu ilə ələ keçiriblər. Daha dəqiqi, həmin ərazini almaq üçün əvəllcədən razılaşdıqları 160 min manat vəsaitin, təxminən, yarısını – 74 min manatını hədə-qorxu gəlməklə verməkdən imtina etdiriblər.
Detallara getməyərək qeyd edək ki, həmin ərazi Mərdəkan qəsəbəsində Günəşli və Abşeron sanatoriyalarının yanında yerləşib. Ərazidə SSRİ vaxtı hansısa pioner düşərgəsi yerləşib. SSRİ dağıldıqdan sonra isə Bağlar İdarəsinin balansına verilib. 2005-ci ildə Mərdəkan qəsəbə sakini Ələsgər Əliyev həmin ərazinin vaxtilə onların babalarına məxsus olduğunu əsas gətirərək, hər biri 25 sot olmaqla, 125 sotunu icarəyə götürüb. 2011-ci ildən sonra isə Xəzər Rayon İcra Hakimiyyətini “razı salmaqla”, satışa çıxarıb.
Dəniz sahilində özlərinə villa tikmək istəyən Elçin Quliyev və müavini İlqar Əliyev də həmin ərazini bəyənərək, araçılar vasitəsilə alıblar. Pulun yarısını versələr də, yarısını sənədlər tam hazır olduqdan sonra ödəyəcəklərini bildiriblər. Ancaq torpaq dövlət balansında olduğundan, həmin əraziyə özəl mülkiyyət kimi sənəd almaq cəhdləri baş tutmur. Şahidlərin ifadələrindən belə məlum olur ki, Əmlak Komitəsi həmin ərazinin dövlət balansında olduğunu göstərərək, özəl mülkiyyət kimi səndləşdirməkdən imtina edib. Bununla bağlı Elçin Quliyevə məlumat verilib.
Prosesdə birbaşa iştirak edən şahidlər bildiriblər ki, bundan sonra Elçin Quliyev Kərəm Həsənovdan şəxsən xahiş edərək, əraziyə Çıxarış alıb. Çıxarış aldıqdan sonra isə ərazini onlara satan Ələsgər Əliyev və ailə üzvlərinə qalan vəsaiti verməkdən imtina edib. Şahidlər Elçin Quliyevin ərazini belə qanunsuz yolla ələ keçirməsindən sabiq nazir Eldar Mahmudovun xəbəri olduğunu və onun da köməklik göstərdiyini bildiriblər.
Qeyd olunan epizod üzrə həm ittiham aktında göstərilənlər, həm də şahidlərin ifadələri Kərəm Həsənovla ləğv olunmuş MTN rəhbərliyinin işbirliyində olduğunu söyləməyə əsas verir. Bu baxımdan Mətləb Mustafayevin MTN tərəfindən məhz Kərəm Həsənovun sifarişi ilə tutulduğuna və ondan yüksək rütbəli şəxslərin əleyhinə yalan ifadələr alınmasına çalışıldığına dair iddiaları heç də təəccüblü görünmür.
Təəccüblü olan, ittiham aktında bu iddialarla bağlı Kərəm Həsənovun ifadəsinin olmamasıdı. Qanun qarşısında hamı bərabər deyilmiскачать dle 10.6фильмы бесплатно






www.dunyavebiz.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
yüklənir...
GÜNDƏM
KÖŞE YAZARLARI
yüklənir...
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ
SON DƏQİQƏ