SON DƏQİQƏ

DunyaVeBiz.Az

Ankarada partlayış olub, xəsarət alanlar var

4-12-2018, 16:33

Ankarada partlayış olub, xəsarət alanlar varTürkiyənin paytaxtı Ankara şəhərində partlayış baş verib.

"Report" bu ölkənin mətbuatına istinadən xəbər verir ki, hadisə şəhərdə fəaliyyət göstərən kafelərdən birində qeydə alınıb.

Partlayışa qaz sızması səbəb olub. Hadisə zamanı 7 nəfər xəsarət alıb. Əraziyə çoxlu sayda təcili tibbi yardım maşını, yanğınsöndürənlər və hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib. Xəsarət alanlardan 3-ünə hadisə yerində tibbi yardım göstərilib, digər 4 nəfər isə yaxınlıqdakı xəstəxanalara yerləşdirilib.

Partlayışdan sonra kafedə yanğın baş verib. Lakin əraziyə cəlb edilən yanğınsöndürənlər alovun qarşısını alıblar.скачать dle 10.6фильмы бесплатно


www.dunyavebiz.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ