SON DƏQİQƏ

DunyaVeBiz.Az

Ali Məhkəmə Lənkəranda meşə gözətçisini güllələyən şəxsin kassasiya şikayətini təmin etməyib

5-12-2018, 14:30

Ali Məhkəmə Lənkəranda meşə gözətçisini güllələyən şəxsin kassasiya şikayətini təmin etməyib Ali Məhkəmədə qəsdən adam öldürməyə cəhddə ittiham olunan Qədir Şahbazovun barəsində olan məhkəmə qərarından verilən kassasiya şikayətinə baxılıb.

"Report"un xəbərinə görə, hakim Gülzar Rzayevanın sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, kassasiya şikayəti təmin edilmədən saxlanılıb.

İttiham aktına əsasən, Q.Şahbazov Lənkəran rayonunun Bürcəli kənd sakini Taleh Abbasovun digər qadınlarla yanaşı, onun bacılarının da mobil telefon vasitəsilə fotoşəkillərini çəkməsi, telefonda saxlaması barədə 2016-cı ilin dekabr ayının sonlarında həmkəndlisi Əliheydər Muradovdan məlumat alıb.

Q.Şahbazov Taleh Abbasovla görüşərək, bu hərəkətlərinə görə ona iradını bildirib. Bunu inkar etməsinə baxmayaraq, o, T.Abbasovun səmimiyyətinə inanmayıb. Daha sonra Q.Şahbazov meşədə gizlətdiyi tüfəngi götürərək 6 yanvar 2017-ci ildə, saat 20 radələrində T.Abbasovun gözətçi işlədiyi Lənkəran rayon Hirkan Milli Parkının ərazisində yerləşən gözətçi məntəqəsinə gəlib. Bir qədər sonra T.Abbasov motosikletlə Q.Şahbazovun gizləndiyi yerin qarşısından keçərkən, o, yola çıxıb və əlindəki tüfəngdən açdığı atəşlə onu vurub.

T.Abbasov yaralandıqdan dərhal sonra iş yoldaşı Abduləli Seyfullayev və qardaşı Azad Abbasova zəng edərək hadisə yerinə çağırıb. Hər iki şəxsin köməkliyi ilə T.Abbasov vaxtında xəstəxanaya çatdırıldığı üçün onun həyatını xilas etmək mümkün olub.

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Q. Şahbazov 9 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib. Şirvan Apelyasiya Məhkəməsi isə onun apellyasiya şikayətini təmin etməyib. Daha sonra kassasiya şikayəti ilə Ali Məhkəməyə müraciət edib.скачать dle 10.6фильмы бесплатно


www.dunyavebiz.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ