SON DƏQİQƏ

DunyaVeBiz.Az

Azərbaycanda DƏHŞƏT! İstirahətə gedən gənci çimərkən "tok" vurub ÖLDÜRDÜ

27-05-2019, 15:35

Bakıdan Qubaya ailəsi ilə birlikdə istirahətə gedən gənc faciəvi şəkildə ölüb.

Hadisə ötən gün saat 12:20 radələrində Quba şəhəri, Xəqani küçəsi, ev 43 ünvanında yerləşən mənzildə baş verib

Belə ki, Bakı şəhəri, Nizami rayonu, NZS qəsəbəsində yaşayan 1994-cü il təvəllüdlü Ramiz Mahir oğlu Kərimli kirayə tutduqları evdə çimərkən faciə baş verib.

Hamam otağında çimərkən elektriklə işləyən, kustar üsulla hazırlanmış su qızdırıcısının tenindən keçmiş elektrik cərəyanı Ramiz Kərimlini vurub. O, hadisə yerində ölüb.

Məlumatla əlaqədar rayon prokurorluğunun və RPŞ-nin əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilib.

Material üzrə məhkəmə-tibb ekspertizası təyin edilərək meyit MTE və PA ETT birliyinin Quba rayon şöbəsinin meyitxanasna göndərilib.

Faktla bağlı olaraq rayon prokurorluğunda cinayət işi başlanıb, araşdırma aparılır.

скачать dle 10.6фильмы бесплатно


www.dunyavebiz.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ