SON DƏQİQƏ

DunyaVeBiz.Az
Yüklənir...
reklam

"Başqa seçim yoxdur, yoxsa müharibə davam edəcək"

2-09-2017, 13:44 10 074 dəfə baxılıb

"Bəşər Əsəd rejimi hakimiyyətdə olduğu müddətdə qaçqınlar Suriyaya qayıtmayacaq.
Bunu Livanın baş naziri Saad əl-Həriri Parisə səfəri zamanı "Le Monde" nəşrinə müsahibəsində bildirib.
"Livanda bəziləri danışır ki, qaçqınların qayıdışına imkan yaratmaq üçün Bəşər Əsəd rejimi ilə münasibətləri bərpa etməliyik. İraq və Misirə baxın! Bu ölkələr Suriya ilə yaxın münasibətdədir. Bununla belə, qaçqınlar Suriyaya qayıtmadılar. Onlar Bəşər Əsəd rejimi hakimiyyətdə qaldığı müddətdə öz ölkəsinə qayıtmayacaqlar", - baş nazir deyib.
O, Suriyanın gələcəyi ilə bağlı narahatlığını dilə gətirib: "Mənim Suriya barədə qorxularım onunla bağlı deyil ki, İŞİD üzərində qələbə qazanmayacağıq. Məsələ başqadır, gələcəkdə düzgün siyasi qərarın olmaması halında vəziyyət daha da pisləşəcək".
"Əgər mövqeyi güclüdürsə və Rusiya ilə İrandan dəstək alırsa, Suriya rejimi necə gedə bilər?" sualına Saad əl-Həriri belə cavab verib: "Əlbəttə, o getməlidir. Başqa seçim yoxdur. Əgər beynəlxalq cəmiyyət uzunmüddətli perspektivdə Suriyada həlli tapmağa çalışırsa, onda bu, tək çıxış yoludur. Əgər o hakimiyyətdə qalacaqsa, sabitlik olmayacaq. Bu rejim öz ərazisinə nəzarət etmir. Suriyaya Rusiya və İran ona nəzarət edir".

Mənbə: publika.az

скачать dle 10.6фильмы бесплатно






www.dunyavebiz.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
yüklənir...
GÜNDƏM
KÖŞE YAZARLARI
yüklənir...
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ
SON DƏQİQƏ