SON DƏQİQƏ

DunyaVeBiz.Az
Yüklənir...
reklam

Günün şad xəbəri! Azərbaycanda maaşlar artdı

Günün şad xəbəri! Azərbaycanda maaşlar artdı
6-09-2017, 17:05 10 077 dəfə baxılıb

Bu ilin yanvar-iyun aylarında Bakıda bir sıra sektorlarda çalışanların əmək haqqı artıb.
Bu barədə Bakı Şəhər Statistika İdarəsindən məlumat verilib. Məlumatda bildirilib ki, yanvar-iyun aylarında əvvəlki ilin müvafiq dövrünə nisbətən işçilərin orta aylıq nominal əmək haqqının səviyyəsi 7,8 faiz artaraq 776,7 manat olub.
Bu aylarda inşaat sektorunda işçilərin orta siyahı sayı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1,6 faiz artaraq 60,0 min nəfər olub, orta aylıq əmək haqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 2,1 faiz artaraq 1063,4 manat təşkil edib. İxtisaslaşdırılmış tikinti işlərində işləyənlərin əmək haqqı 14,0 faiz azalıb, binaların tikintisində işləyənlərin əmək haqqı 12,9 faiz, mülki təyinatlı inşaat işlərində işləyənlərin əmək haqqı isə 12,0 faiz artıb.
Sənayedə işləyənlərin orta aylıq əmək haqqı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 8,3 faiz artaraq 1481,1 manata çatıb. Əmək haqqı mədənçıxarma sənayesində 12,6 faiz, emal sənayesində 5,5 faiz, elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda 12,9 faiz, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 1,4 faiz artıb.
Bakı şəhərində 2017-ci ilin IIrübündə 18292yeni iş yerləri açılıb. Onlardan hamısı daimi iş yerləridir. 2017-ci ilin II rübündə açılan iş yerləri əvvəlki ilin müvafiq dövrünə nisbətən 46,0 faiz artıb.
Mənbə: publika.azскачать dle 10.6фильмы бесплатно






www.dunyavebiz.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
yüklənir...
GÜNDƏM
KÖŞE YAZARLARI
yüklənir...
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ
SON DƏQİQƏ