SON DƏQİQƏ

DunyaVeBiz.Az
Yüklənir...
reklam

Son dəqqiə! İlham Əliyev həbsdə olan Mehmanın azadlığa buraxılması ilə bağlı XÜSUSİ TAPŞIRIQ VERDİ

Son dəqqiə! İlham Əliyev həbsdə olan Mehmanın azadlığa buraxılması ilə bağlı XÜSUSİ TAPŞIRIQ VERDİ
11-09-2017, 12:02 10 055 dəfə baxılıb

Hazırda həbsdə olan "Turan" informasiya agentliyinin direktoru Mehman Əliyev barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət edib.

Qazaxıstan Respublikasına səfərdən qayıdandan sonra Prezident İlham Əliyevə məsələ ilə bağlı məruzə olunub. Azərbaycan Prezidenti hüquq mühafizə orqanlarına Mehman Əliyevin müraciətinə baxılmasını tapşırıb.

Xatırladaq ki, Mehman Əliyev barəsində Cinayət Məcəlləsinin 192.2-ci (qanunsuz sahibkarlıq), 213.1-ci (vergi ödəməkdən yayınma) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri üzrə cinayət işi açılmışdı.

Aidiyyəti orqanlar M.Əliyevin müraciətini Azərbaycan Prezidenti İlham Əliyevin 2017-ci il 10 fevral tarixli "Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə" Sərəncamına uyğun olaraq nəzərdən keçirirlər.

 

Qeyd edək ki, bu barədə ilk olaraq "haqqin.az" saytı məlumat yayıb.

Mənbə: APA

скачать dle 10.6фильмы бесплатно






www.dunyavebiz.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
yüklənir...
GÜNDƏM
KÖŞE YAZARLARI
yüklənir...
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ
SON DƏQİQƏ