yüklənir...
yüklənir...

SON DƏQİQƏ

DunyaVeBiz.Az
Yüklənir...
reklam

Roza Zərgərli: Beş yaşında nəvəm var - VİDEO + FOTO

Roza Zərgərli: Beş yaşında nəvəm var - VİDEO + FOTO
12-09-2017, 21:05 10 018 dəfə baxılıb

ARB TV-nin "Günə davam” proqramının qonağı müğənni Roza Zərgərli olub. Müğənni övladları barədə yayılan şayiələrə aydınlıq gətirib.

Dunyavebiz.az xəbər verir ki, R.Zərgərli aparıcı Ülviranın "Neçə övladınız var?” sualını aşağıdakı kimi cavablandırıb: "Bu barədə açıqlama verəndə, demişəm ki, çoxunun bioloji anası mən deyiləm. Bunu insanlar başqa cür yozdular ki, ailə qurduğum insanın övladlarıdır. Əsla, belə deyil. Əslində, mənim 4 övladım var. 3 övladım uşaq evindən götürülüb, kiçik oğlum hələ də uşaq evindədir. Bir müddət sonra bizimlə bərabər olacaq. Çünki bu, çox çətin prosesdir. Böyük qızımın 25 yaşı var. 5 yaşında övladı var. Adı Natavandır”, - deyə o söyləyib.

Aparıcının "3 uşaq götürməyi necə qərara aldın?” sualına müğənni belə cavab verib: "Çox adam indi deyəcək ki, piar, reklamdır, əsla, belə deyil. Piar etsəydim, elə bunları körpəlikdən götürəndə, o gündən piar edərdim. Bənövşənin 3 yaşı olanda böyük qızımı götürdüm. Doğma övladım Bənövşədir. O zaman böyük qızımı götürəndə onun 12 yaşı var idi.

Mən övladlığa uşaq götürəndə, Ancelina Coli hələ övladlığa uşaq götürmürdü. Mənim əkiz övladım olub. Bənövşə və 1 oğlan. Oğlan rəhmətə gedib. Mən böyük oğlumu setdə görmüşəm. Çox istedadlı 1 gəncdir. Onu görəndə mən ilk andan düşündüm ki, bu, mənim oğlumdur. Çünki mənim oğlum sağ olsaydı, belə olardı. Kim də bunu qeyri-səmimi qəbul edərsə, bu, onun qəlbinin qeyri-səmimiliydir”

скачать dle 10.6фильмы бесплатно


www.dunyavebiz.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
yüklənir...
GÜNDƏM
KÖŞE YAZARLARI
yüklənir...
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ
SON DƏQİQƏ