SON DƏQİQƏ

DunyaVeBiz.Az

Kənd təsərrüfatına bir il möhlət verildi

4-12-2018, 10:29

Kənd təsərrüfatına bir il möhlət verildiGəlirlərin və məhsulların uçotunun aparılması öhdəliyi kənd təsərrüfatı sektoruna da aiddir.

Dunyavebiz.az xəbər verir ki, uçotu dəqiq aparmayan, xərc və gəlirlərini düzgün göstərməyən vergi ödəyicilərinə qarşı cərimələr daha ciddi rəqəmlərlə ifadə olunur.

Lakin bu vergi inzibatçılığı tədbirlərini qarşılamağa kənd təsərrüfatı sektoru hazırdırmı?

Görünür, cavab mənfi olduğundan Vergilər Nazirliyi kənd təsərrüfatına istisna mövqe nümayiş etdirib. Vergilər Nazirliyi Vergi Siyasəti Departamentinin rəhbəri Samirə Musayevanın sözlərinə görə, 2019-cu il kənd təsərrüfatında hazırlıq dövrü olacaq:

“Kənd təsərrüfatı sektoru daxili məhsulun formalaşmasında böyük paya malik olan subyektlərdir. 2019-cu ildə kənd təsərrüfatı sektorunda məhsulların uçotunun aparılması üzrə maarifləndirmə, vərdişlərin artırılması ilə bağlı işlər davam etdiriləcək. Onlara qarşı maliyyə sanksiyaları isə 1 yanvar 2020-ci ildən başlayacaq”.

İlhamə Abdullayevaскачать dle 10.6фильмы бесплатно


www.dunyavebiz.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ