SON DƏQİQƏ

DunyaVeBiz.Az

Əcnəbilər Azərbaycanda kartla böyük həcmdə alış-veriş ediblər

4-12-2018, 10:30

Əcnəbilər Azərbaycanda kartla böyük həcmdə alış-veriş ediblərİqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın 2018-ci ilin noyabr sayı təqdim olunub.

Dunyavebiz.az xəbər verir ki, təkcə bu ilin oktyabr ayında ölkəmizə gələn turistlər bank kartları vasitəsilə Azərbaycanda 117 milyon manat həcmində əməliyyat aparıblar.

Ümumilikdə, 2018-ci ilin on ayında ölkəmizə gələn xarici vətəndaşların bank kartları vasitəsilə etdikləri alış-verişin dəyərində artım qeydə alınıb. Belə ki, 2018-ci ilin yanvar-oktyabr ayları ərzində Azərbaycana gələn xarici vətəndaşların bank kartları vasitəsi ilə apardıqları əməliyyatların cəmi dəyəri 1 milyard 119 milyon manat təşkil edib. 2017-ci ilin eyni dövrü ilə müqayisədə, bu, 248 milyon manat çoxdur.

“İxrac İcmalı”na əsasən, 2018-ci ilin yanvar-oktyabr ayları ərzində Azərbaycana dünyanın 194 ölkəsindən 2 milyon 420,4 min və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə 6,1 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.

Dövlət Sərhəd Xidmətinin məlumatına əsasən, gələnlərin 31,1 faizi Rusiya Federasiyası, 20,2 faizi Gürcüstan, 10,1 faizi Türkiyə, 8,9 faizi İran, 3,2 faizi Birləşmiş Ərəb Əmirlikləri, 2,8 faizi Səudiyyə Ərəbistanı, 2,6 faizi İraq, 2,0 faizi Ukrayna, 1,6 faizi İsrail, 17,4 faizi digər ölkələrin vətəndaşları, 0,1 faizi isə vətəndaşlığı olmayan şəxslər olub.скачать dle 10.6фильмы бесплатно


www.dunyavebiz.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ