SON DƏQİQƏ

DunyaVeBiz.Az

İran OPEC-i Qətərin kartelə üzvlükdən çıxmasının səbəblərini araşdırmağa çağırıb

5-12-2018, 11:13

İran OPEC-i Qətərin kartelə üzvlükdən çıxmasının səbəblərini araşdırmağa çağırıbİran Neft İxrac Edən Ölkələr Təşkilatını (OPEC) Qətərin kartelə üzvlükdən çıxmasının səbəbləri araşdırmağa çağırıb.

AZƏRTAC İRNA agentliyinə istinadla xəbər verir ki, İranın neft naziri Bijən Namidar Zəncənə Qətərin bəzi böyük neft istehsalçılarının yaratdığı problemlərlə qarşı-qarşıya qaldığını deyib: “Lakin Qətər bu neft istehsalçılarının arasında deyil”.

Xatırladaq ki, ötən günlərdə dünyanın ən böyük mayeləşdirilmiş təbii qaz (LNG) ixracatçısı və gündəlik orta hesabla 650 min barrel neft istehsal edən Qətər 57 ildir üzv olduğu OPEC-dən gələn il yanvarın 1-dən etibarən çıxacağını açıqlayıb. Qətərin energetika naziri Saad al-Kaabi ölkəsinin OPEC-ə üvlükdən çıxmasının texniki və strateji qərar olduğunu bildirib.

15 üzv ölkəsi olan OPEC Səudiyyə Ərəbistanı, İran, Küveyt, İraq və Venesuela tərəfindən 1960-cı ildə yaradılıb.скачать dle 10.6фильмы бесплатно


www.dunyavebiz.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ