SON DƏQİQƏ

DunyaVeBiz.Az

Dəmir yolunun Hacıqabul stansiyasında yeni yoldəyişənlər quraşdırılır

5-12-2018, 11:14

Dəmir yolunun Hacıqabul stansiyasında yeni yoldəyişənlər quraşdırılırDəmir yolunun Hacıqabul stansiyasında yeni yoldəyişənlər quraşdırılır

“Azərbaycan Dəmir Yolları” QSC-nin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, hazırda dəmir yolunun Hacıqabul stansiyasında 11 ədəd yeni yoldəyişən qurğu quraşdırılır. İşlər mərhələli şəkildə davam etdiriləcək. Prosesi 5 saylı “İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsi” MMC-nin kollektivi həyata keçirir.

Qeyd edək ki, dəmir yolunda əsaslı təmir prosesinin növbəti mərhələsi davam edir. Belə ki, Bakı-Böyük Kəsik istiqamətində 600 kilometr yol əsaslı təmir olunur. Eyni zamanda 2016-cı ilin sentyabr ayından etibarən 5 və 11 saylı “İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsi” MMC-lər tərəfindən yeni yoldəyişənlər quraşdırılır.

Xatırladaq ki, etibarlılıq və təhlükəsizliyə təminat baxımından xüsusi əhəmiyyətə malik olan ilk belə yoldəyişən 2016-cı il sentyabrın 9-da quraşdırılıb. Ümumilikdə isə bu günə kimi 281 yoldəyişən yenisi ilə əvəz olunub.скачать dle 10.6фильмы бесплатно


www.dunyavebiz.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ