SON DƏQİQƏ

DunyaVeBiz.Az

Tərtərdə baş verən partlayışda xəsarət alanlardan biri xəstəxanada ölüb

4-12-2018, 10:27

Tərtərdə baş verən partlayışda xəsarət alanlardan biri xəstəxanada ölübTərtər rayonunda yanacaqdoldurma məntəqəsində baş verən partlayış zamanı xəsarət alan şəxslərdən biri xəstəxanada ölüb.

"Report"un Qarabağ bürosunun verdiyi məlumata görə, hadisə zamanı xəsarət alan 23 yaşlı Əsgər Məmmədov müalicə olunduğu Bakı şəhərində yerləşən Respublika Yanıq Mərkəzində dünyasını dəyişib. Partlayış zamanı xəsarət alan digər yaralı Seymur Rzayevin müalicəsi davam etdirilir.

Qeyd edək ki, noyabrın 29-da Tərtər rayonunun Qaradağlı kəndi ərazisində yerləşən yanacaqdoldurma məntəqəsində baş verən partlayış zamanı iki nəfər ağır bədən xəsarətləri alaraq, ilk öncə Tərtər rayon Mərkəzi Xəstəxanasına, sonra isə Respublika Yanıq Mərkəzinə yerləşdiriliblər.

Faktla bağlı Tərtər rayon Prokurorluğunda cinayət işi başlanaraq araşdırma aparılır.скачать dle 10.6фильмы бесплатно


www.dunyavebiz.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ