SON DƏQİQƏ

DunyaVeBiz.Az

Lazer aparatı üçün 121 min manat istədi, amma...

5-12-2018, 12:19

Lazer aparatı üçün 121 min manat istədi, amma...Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Gürcüstan vətəndaşı Djambulat Alakhverdovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Dunyavebiz.az-un trend-ə istinadən məlumatına görə, hakim Şəkər Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə bildirilib ki, təqsirləndirilən şəxs zərərçəkmiş Elvin Musayevə dəymiş zərəri ödəyib.

Prokuror çıxışında D.Alakhverdovun 6 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Daha sonra məhkəmə hökmü elan olunub.

Məhkəmənin hökmü ilə S.Alakhverdova şərti cəza verilib və o, məhkəmə zalından azadlığa buraxılıb.

İttihama görə, Gürcüstan vətəndaşı D.Alakhverdov azərbaycanlı biznesmen Elvin Musayevin etibarından sui-istifadə edərək, Gürcüstandan ona lazer aparatı gətirəcəyi vədini verib. D.Alakhverdov bunun müqabilində zərərçəkmişdən 121 min manat pul alıb. Lakin sonradan o, verdiyi vədə əməl etməyib.

E.Musayevin şikayəti əsasında Azərbaycanda saxlanılan D.Alakhverdovun barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda) maddəsi ilə ittiham irəli sürülüb. Daha sonra onun barəsində həbs qətimkan tədbiri seçilib.скачать dle 10.6фильмы бесплатно


www.dunyavebiz.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ