SON DƏQİQƏ

DunyaVeBiz.Az

Sevgilisi ilə görüşmək üçün başqa rayona gedən arvadını izlədi... - Azərbaycanda QƏTLİN TƏFƏRRÜATI

5-12-2018, 12:19

Sevgilisi ilə görüşmək üçün başqa rayona gedən arvadını izlədi... - Azərbaycanda QƏTLİN TƏFƏRRÜATIİki gün əvvəl Qusarda baş vermiş güllələnmə hadisəsi ilə bağlı maraqlı faktlar üzə çıxıb.

Dunyavebiz.az "publika.az”a istinadən xəbər verir ki, Qusara getmiş Sabirabad rayon sakini Zahid Əsgərov (ad şərtidir) qısqanclıq zəminində güllələnib. Belə ki, Z.Əsgərov bir müddət əvvəl internetdə qadınla tanış olub.

Quba rayonunda yaşayan qadınla Sabirabad sakininin arasında isti münasibətlər yaranıb və onlar görüşmək barədə razılaşıblar. Ailəli olan qadın internetdə tanış olduğu şəxsə Qusarda görüşməyi təklif edib.

Bundan sonra Z.Əsgərov Sabirabaddan Qusara yola düşüb, qadın da Qubadan Qusara gəlib. Onlar görüşən kimi qadının əri Əhməd Qadimov (ad şərtidir) yaxınlaşaraq arvadının sevgilisinə atəş açıb.

Məlum olub ki, qadının əri həyat yoldaşının başqa kişi ilə yazışdığını əvvəlcə bilib və onları tələyə salıb. Ə.Qədimov tutulub.

Faktla bağlı araşdırmalar davam etdirilir.скачать dle 10.6фильмы бесплатно


www.dunyavebiz.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ