SON DƏQİQƏ

DunyaVeBiz.Az

Məktəb şagirdi 19 yaşlı tələbəni borca görə öldürdü

23-04-2019, 13:59

Aprelin 22-də axşam saatlarında Qazax rayonunun Çaylı kəndində qətl hadisəsi baş verib.

1999-cu il təvəllüdlü Rahil Sübhan oğlu Cələddinli 17 yaşlı Məhərrəm Kamran oğlu Qocayev tərəfindən qətlə yetirilib.
Duyavebiz.az -in əlumatına görə, hadisə borc üstündə baş verib. Qazax Dövlət Sosial İqtisad Kollecinin III kursunda təhsil alan R.Cələddinli Qazax rayon 2 saylı Çaylı kənd orta məktəbinin 11-ci sinif şagirdi M.Qocayevə təqribən 25-30 manat pul borc verib.

R.Cələddinli pulunu geri tələb etdikdə, M.Qocayev pulun bir hissəsini qaytara bilib və bu tərəflər arasında mübahisəyə səbəb olub. M.Qocayev bıçaqla R.Cələddinlinin ürək nahiyəsinə bir zərbə vurub. Zərərçəkmiş aldığı xəsarətdən hadisə yerində ölüb. Hadisəni törədən şəxs saxlanılıb.

Faktla bağlı Qazax Rayon Prokurorluğunda araşdırma aparılır.скачать dle 10.6фильмы бесплатно


www.dunyavebiz.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ