SON DƏQİQƏ

DunyaVeBiz.Az

Bakıda ailə dramı - Arvadını bıçaqladı, özünü dənizə atdı

24-04-2019, 18:21

Bakının Xəzər rayonunda ailə dramı yaşanıb.

Bu barədə Dunyavebiz.az-a hüquq-mühafizə orqanlarından məlumat verilib.

Aprelin 23-də saat 11:25 radələrində Mərdəkan qəsəbəsində 37 yaşlı Dədəcanov Natiq İlham oğlu münaqişə zəminində həyat yoldaşı Dədəcanova Vüsalə Tofiq qızına iki bıçaq zərbəsi vurub.

Nəticədə qadın 3 saylı Şəhər Kliniki Xəstəxanasına yerləşdirilib. Onun vəziyyəti ağır kimi qiymətləndirilir.

Hadisədən sonra Natiq Dədəcanov Səbail rayonunda Dəniz Vağzalı ərazisində intihara cəhd edib. N.Dədəcanovu Su nəqliyyatında polis idarəsinin əməkdaşları xilas ediblər.

O, ilkin izahatında bildirib ki, hadisə zamanı affekt halında olub və çox peşmandır.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.скачать dle 10.6фильмы бесплатно


www.dunyavebiz.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ