SON DƏQİQƏ

DunyaVeBiz.Az

Bakıda tələbələr arasında dava: ölən var

14-05-2019, 22:46

Bakıda tələbələr arasında baş vermiş dava ölümlə nəticələnib.

Bununla bağlı Dunyavebiz.az-a hüquq-mühafizə orqanlarından məlumat verilib.

Bildirilib ki, Nərimanov rayonunda Bakı İdarəetmə və Texnologiya Kollecinin tələbəsi, 2001-ci il təvəllüdlü Əsgərov Qalib Kamal oğlu dava zamanı huşunu itirib və yıxılıb. Xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

İlkin məlumatlara görə, Q.Əsgərov epilepsiya xəstəsi olub. Onun bədənində heç bir xəsarət olmayıb.

İnsidentlə əlaqədar bir nəfər saxlanılıb.

Faktla bağlı Nərimanov rayonu 18-ci Polis Bölməsində araşdırmalara başlanılıb.скачать dle 10.6фильмы бесплатно


www.dunyavebiz.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ