SON DƏQİQƏ

DunyaVeBiz.Az

Uşağının gözü qabağında arvadının başını kəsən şəxsə hökm oxundu

21-05-2019, 23:11

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Fazil Həsənovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Dunyavebiz.az xəbər verir ki, hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Hökmə əsasən, F.Həsənov 19 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, ötən ilin oktyabr ayında Qubanın Ərməkiqışlaq kənd sakini F.Həsənov həyat yoldaşı Xoşqədəm Həsənovanı Bakı şəhəri, Nərimanov rayonunda kirayə qaldıqları mənzildə qətlə yetirib.

O, bıçaqla həyat yoldaşının boğaz nahiyəsinə vuraraq öldürüb. Hadisə 11 yaşlı oğlunun gözü qarşısında baş verib.

F.Hüseynov hadisədən sonra Ərməkiqışlaq kəndinə gedərək uşağı atasının evinə qoyub və könüllü şəkildə polisə təslim olub.

Onun barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adamöldürmə) maddəsi ilə ittiham irəli sürülüb.

скачать dle 10.6фильмы бесплатно


www.dunyavebiz.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ