SON DƏQİQƏ

DunyaVeBiz.Az

Azərbaycanda əsgəri öldürməyə cəhd edən şəxsə 11 İL CƏZA

27-05-2019, 13:44

Dövlət Sərhəd Xidmətinin hərbi hissəsinə gələrək orada əsgəri öldürməyə cəhd etməkdə təqsirləndirilən 1986-cı il təvəllüdlü Camal Hüseynova hökm oxunub.

Dunyavebiz.az-ın verdiyi xəbərə görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə C.Hüseynov 11 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Cəlilabad rayon sakini, 1997-ci il təvəllüdlü Ceyhun İsgəndərov 2018-ci ilin iyul ayında hərbi xidmətə gedib. Sentyabrın 8-də Dövlət Sərhəd Xidmətinin N saylı hərbi hissəsində mülki şəxs tərəfindən bıçaqlanıb.

Camal Hüseynov hərbi hissəyə gələrək yalandan əsgər Ceyhun İsgəndərovun valideynlərinin göndərişi ilə onunla görüşə gəldiyini deyib. Orada qəfildən əsgərin döş və qarın nahiyəsinə özü ilə gətirdiyi bıçaqla 3 zərbə endirib. Yaralı əsgər xəstəxanaya çatdırılıb və onun həyatını xilas etmək mümkün olub.

C.Hüseynov hadisəni namus üstündə törətdiyini deyir. İddia edib ki, Ceyhun əsgərliyə getməmişdən əvvəl onun xanım qohumuna sataşıb.

скачать dle 10.6фильмы бесплатно


www.dunyavebiz.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ