SON DƏQİQƏ

DunyaVeBiz.Az

Şəhid xanımı deputatların Yerevanda məscidə getməsindən danışdı

2-12-2018, 14:25

Şəhid xanımı deputatların Yerevanda məscidə getməsindən danışdıSon bir neçə gündür sosial şəbəkələrdə Azərbaycan siyasətçilərinin, dövlət rəsmilərinin, millət vəkillərinin işğalçı Ermənistana səfərləri, orada keçirilən regional və beynəlxalq tədbirlərə qatılmaları məsələsi ətrafında gərgin mübahisələr getməkdə, tənqidlər, hətta, təhqiramiz fikirlər səslənməkdədir.

Xüsusilə də, bir necə gün öncə azərbaycanlı deputatların Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Məclisinin (QDİƏT PM) toplantısına qatılmaq üçün Ermənistana səfər etmələri, orada “Göy Məscid”i ziyarət etmələri məsələsi ətrafında mübahisələr, müzakirələr səngimək bilmir.

Bir qrup sosial şəbəkə istifadəçiləri Qarabağ münaqişəsi bitməyincə, bu cür səfərlərinin reallaşdırılmasını qəbuledilməz və yolverilməz hesab edərək, həm də bu məsələdə şəhid ailələrinə, müharibə əlillərinə və veteranlarına istinad etdiklərini önə çəkirlər.

Bu məsələ ilə bağlı Dunyavebiz.az-a açıqlamasında şəhid Milli Qəhrəman Şirin Mirzəyevin həyat yoldaşı, Xankəndi bölgəsini parlamentdə təmsil edən Flora Qasımova hesab edir ki, bu cür səfərlərdə iştirakda qeyri-adi heç nə yoxdur.

Onun sözlərinə görə, bu yöndə mübahisələrə, qarşılıqlı ittiham və təhqirlərə də heç bir lüzum, ehtiyac duyulmur:

“Bu insanlar beynəlxalq təşkilatda Azərbaycanı təmsil edirlər və bu baxımdan da, onun tədbirinə qatılmaq üçün Ermənistana, Yerevana gediblər.

Onlar olmasın, digər həmkarlarımız olsun, onlar da lazım gəldikləri təqdirdə, Yerevanda keçirilən tədbirlərdə Azərbaycanı təmsil edə bilərlər, neçə ki, ediblər də. İndi burada qəribə, etirazlara səbəb ola biləcək nə var ki? Onlar başqa yerə səfər etməyiblər ki?

Elə Yerevan, əslində tarixi İrəvan da bizim torpağımızdır, dədə-baba yurdumuzdur. Bu gün Ermənistan adlanan ölkənin ərazilərinin böyük hissəsi - İrəvan, Göycə, Zəngəzur bizim tarixi torpaqlarımızdır. Bunu bəyəm bilməyənmi var?

Həm də biz işğalçı və təcavüzkar Ermənistanla, ermənilərlə təkcə hərb, savaş meydanında, səngərdə vuruşmuruq, eyni zamanda, diplomatik cəbhədə, informasiya məkanında vuruşuruq. Ona görə ermənilərə hər bir yerdə, hər bir fürsətdən, imkandan istifadə edib, zərbə vurmalı, onları küncə sıxışdırmalı, təcrid vəziyyətinə salmalıyıq. Xüsusilə də, ermənilərə elə öz ocaqlarının başında, öz vətənlərində layiq olduqları yeri göstərməliyik, ifşa etməliyik. Odur ki, bu yöndə illərdir davam edən mübahisələri, ittihamları anlaya bilmirəm. Bir onu bilirəm ki, biz ermənilərlə savaşda heç bir imkanı, fürsəti qaçırmamalıyıq.

“Göy Məscid”in ziyarət edilməsinə gəlincə, bu da təqdiredilməli bir hadisədir. Bildiyiniz kimi, soydaşlarımızın, həmvətənlərimizin Ermənistandan zorla deportatsiyasından 30 il ötür.

1988-ci ilin noyabr-dekabr aylarında erməni qaniçənləri, şovinistəri soydaşlarımız, bu torpaqların əsl sahibləri olan azərbaycanlıları bir nəfər kimi oradan qovdular, deportasiya etdilər və həmin vaxtdan bu yana orada bir dənə də olsun azərbaycanlı yoxdur.

Ermənistan dünyada bəlkə də yeganə monoetnik ölkədir. 30 ildir ki, tarixi dini abidəmiz olan “Göy Məscid” ziyarət edilməyib, deyilənlərə görə də oranı iranlılar icarəyə götürüblər, amma ora tarixi Azərbaycan məscididir və bizdən savayı kimsəyə məxsus deyil. 30 ildir ki, həmin məscid azərbaycanlıların, onun əsl sahiblərinin üzünə həsrət qalıb. İndi onun ziyarət edilməsində, özü də azərbaycanlılar tərəfindən, nə qəbahət var ki? Bunu da anlamaq mümkün deyil...

Bilirsiniz, ermənilər bir dəfə öz aşkar və gizli himayədarları tərəfindən torpaqlarımızı zorla ilhaq edərək, özlərinə dövlət yaratdılar. Amma onlara artıq Azərbaycan torpaqları hesabına ikinci erməni dövləti qurmağa imkan verilməyəcək, verməyəcəyik.

Dövlət başçısı da dəfələrlə bunu ən ali kürsülərdən səsləndirib ki, artıq ikinci erməni dövlətinin yaradılmasına imkan verilməyəcək, eyni zamanda, onlara heç bir güzəşt olmayacaq, işğal faktı ilə barışılmayacaq.

Bunu ermənilər, onların havadarları, himayədarları da yaxşı bilsinlər və dərk etsinlər. Qarabağ, işğal altında olan digər ərazilərimiz tarixi, əbədi və əzəli yurd yerlərimizdir və onlar gec-tez erməni işğalından azad ediləcək. O gün, torpaqlarımızın işğaldan qurtulacağı gün heç də uzaqda deyil. Bir azərbaycanlı, bir qarabağlı və bir şəhid xanımı kimi mən buna tam və qəti şəkildə əminəm”.скачать dle 10.6фильмы бесплатно


www.dunyavebiz.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ