SON DƏQİQƏ

DunyaVeBiz.Az

Yazıçı: “Cəmiyyətdə kitaba qayıdış olmalıdır”

3-12-2018, 13:30

Yazıçı: “Cəmiyyətdə kitaba qayıdış olmalıdır”Təhsil naziri Ceyhun Bayramov 2018-2019-cu dərs ilində "Ədəbiyyat biliciləri" müsabiqəsinin keçirilməsi barədə əmr imzalayıb. Məqsəd Azərbaycan və dünya ədəbiyyatının görkəmli nümayəndələrinin yaradıcılıqları haqqında şagirdlərin məlumatlılıq səviyyəsinin artırılması, onların mütaliəyə meyil və maraqlarının gücləndirilməsində ötən illərdə keçirilmiş "Ədəbiyyat biliciləri" müsabiqəsinin əhəmiyyətli rol oynadığını nəzərə alaraq, bu tədbirin davam etdirilməsidir.

Dunyavebiz.az bildirir ki, yazıçı, əməkdar incəsənət xadimi Natiq Rəsulzadə Sputnik Azərbaycan-a deyir ki, yazıçılar, naşirlər, kitabxana işçiləri kimin necə gücü çatırsa bizim gəncləri, yeniyetmələri kitaba cəlb etməlidir:

"Kitab sahəsində dirçəliş olmalıdır. İnternet bizim həyatımıza daxil olub. İnternetdən aldıqları informasiyalar uşaqların ağlına, kitab isə onların ürəyinə təsir edir. Əgər cəmiyyətimizin inkişafını istəyiriksə, gərək insanları kitaba həvəsləndirək. Təhsil nazirliyi gənclərə, yeniyetmələrə yaxın olmalıdır. Gərək kitaba maraq yaradılsın. Amma bu tək Təhsil nazirliyinin işi deyil. Problemə kompleks yanaşma vacibdir. Cəmiyyətdə kitaba qayıdış 50-70 faiz olmalıdır. Bunun üçün də ilk olaraq uşaqlardan başlamaq lazımdır".скачать dle 10.6фильмы бесплатно


www.dunyavebiz.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ