SON DƏQİQƏ

DunyaVeBiz.Az

Xalq artisti Həsən Məmmədovun 80 illik yubileyi qeyd olunacaq

4-12-2018, 18:00

Xalq artisti Həsən Məmmədovun 80 illik yubileyi qeyd olunacaqXalq artisti Həsən Məmmədovun 80 illik yubileyi qeyd olunacaq.

2018-ci ildə Azərbaycan kinosunun qızıl fondunu təşkil edən onlarla filmdə təkrarolunmaz ekran əsərləri, parlaq xarakterlər yaratmış Azərbaycanın kino və teatr sənətinin görkəmli nümayəndəsi, SSRİ və Azərbaycan Respublikasının Dövlət mükafatları laureatı, Xalq artisti Həsən Ağaməmməd oğlu Məmmədovun anadan olmasının 80 ili tamam olur.

Mədəniyyət Nazirliyindən verilən məlumata görə, Azərbaycan Prezidenti İlham Əliyevin “Həsən Məmmədovun 80 illik yubileyinin qeyd olunması haqqında” sərəncamının icrasını təmin etmək üçün cari ilin dekabr ayının 6-da Həsən Məmmədovun doğulduğu Salyan rayonunda tanınmış kino simalarının, ailə üzvlərinin iştirakı ilə yubiley gecəsi keçiriləcək.скачать dle 10.6фильмы бесплатно


www.dunyavebiz.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ