SON DƏQİQƏ

DunyaVeBiz.Az

Beynəlxalq Muğam Mərkəzində “Yaradanlar və yaşadanlar” layihəsi davam edir

5-12-2018, 12:21

Beynəlxalq Muğam Mərkəzində “Yaradanlar və yaşadanlar” layihəsi davam edirBeynəlxalq Muğam Mərkəzində “Yaradanlar və yaşadanlar” layihəsi çərçivəsində keçirilən növbəti tədbir görkəmli tarzən və bəstəkar, Xalq artisti Hacı Xanməmmədovun yaradıcılığına həsr olunub.

AZƏRTAC xəbər verir ki, tədbir “Mədəniyyət” kanalının və Beynəlxalq Muğam Mərkəzinin birgə layihəsi çərçivəsində, Mədəniyyət Nazirliyinin dəstəyi ilə keçirilib.

Konsertdə bəstəkarın “Salam verdim bir gözələ”, “Güllü”, “Yaşa könül”, “Aldatmayaq bir-birimizi”, “Gözünə qurban” “Yenə o bağ olaydı”, “Getmə dayan”, “Qurban olduğum” və digər mahnıları Xalq artistləri Teyyub Aslanov, Gülyanaq və Gülyaz Məmmədovalar, Əməkdar artistlər Bəyimxanım Nəbiyeva, Zakir Əliyev, Azərbaycan Televiziyası və Radiosunun solistləri Zabitə Alıyeva, Sərxan Bünyadzadə və Kamilə Nəbiyevanın ifasında səslənib.

İfaçıları Xalq artisti Ağa Cəbrayıl Abasəliyevin bədii rəhbərliyi altında “Səadət” instrumental ansamblı müşayiət edib.скачать dle 10.6фильмы бесплатно


www.dunyavebiz.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ