SON DƏQİQƏ

DunyaVeBiz.Az

Putinə yaxın olduğu deyilən rusiyalı avantürist Azərbaycana qarşı od püskürdü

3-12-2018, 16:04

Putinə yaxın olduğu deyilən rusiyalı avantürist Azərbaycana qarşı od püskürdüİrəvanda Rusiyanın və Ermənistandan olan siyasi xadim və ekspertlərindən ibarət "Lazarev klubu"nun iclasında çıxış edən Rusiyanın MDB Ölkələri İnstitutunun direktor müavini Vladimir Yevseyev qatı anti-Azərbaycan mövqeyi ilə yadda qalıb. Rusiya Prezidenti Vladimir Putinə yaxın adamlardan biri olduğu deyilən Vladimir Yevseyev çıxışında işğal edilmiş Dağlıq Qarabağ ətrafındakı rayonların Azərbaycana qaytarılmasının yolverilməz olduğunu deyib.

Dunyavebiz.az xəbər verir ki, Ermənistanın işğalçı mövqeyini müdafiə edən və işğal edilmiş ərazilərdə yaradılmış separatçı-terrorçu rejimi respublika kim təqdim edən Yevseyevin fikrincə, Azərbaycan Silahlı Qüvvələri cəbhə xəttində böyük üstünlüyə malikdir və 2016-cı ilin aprel döyüşləri bir daha təkrarlanmamalıdır. Bu məqsədlə Rusiyanın Ermənistana "İskəndər" raketlərini verməsi mühüm rol oynayıb. Çünki bu, birbaşa cavab zərbəsi ilə Bakını vurmaq məsələsini ortaya gətirib.

Onun sözlərinə görə, Azərbaycan ordusunun Belarus və İsraildən aldığı müasir hərbi texnika və silahlarla keyfiyyətcə güclənməsi Dağlıq Qarabağın güc yolu ilə qaytarılmasını ehtimalını artırır. Lakin Yevseyev bildirib ki, Azərbaycanın əldə etdiyi "Polonez" raket kompleksi və İsraildən alınan silahlar "İsgəndər"lə müqayisə oluna bilməz və ona tab gətirməyəcək.

Dağlıq Qarabağ ətrafındakı rayonların ermənilər üçün təhlükəsizlik zolağı olduğunu deyən Yevseyev bu rayonlardan hər hansı birinin qaytarılmasının yolverilməz olduğunu bildirib. Onun fikrincə, bu, Azərbaycan ordusunun ümumilikdə Dağlıq Qarabağı geri qaytarmaq üçün genişmiqyaslı hərbi əməliyyatlara başlamasını stimullaşdıracaq.


Erməni konyakından içib sərsəmləyən rusiyalı deputat Azərbaycana niyə düşmən kəsilib?
Ermənistanla Rusiya arasında hərbi-siyasi əməkdaşlığı daha da gücləndirməyin və Rusiya tərəfindən Ermənistanın daha çox silahlandırılmasının vacib olduğunu qeyd edən rusiyalı avantüristin fikrincə, əks halda bu, Dağlıq Qarabağın özünün mövcudluğunu sual altına qoya bilər. O deyib ki, guya Türkiyə Naxçıvanda öz hərbi mövcudluğunu artırır və Naxçıvan istiqamətindən Ermənistana yayındırıcı zərbələr endirilə bilər. Yevseyev, həmçinin bildirib ki, əvvəllər danışıqlarda yalnız snayperlərdən imtina olunmasından söhbət gedirdisə, indi ağır silahlar da cəbhə xəttindən uzaqlaşdırılmalıdır ki, Dağlıq Qarabağdakı məntəqələri vurmaq mümkün olmasın.
Qeyd edək ki, "Lazarev klubu" Ermənistan-Rusiya əlaqələrini gücləndirmək məqsədilə qatı anti-Azərbaycan mövqeyi ilə seçilən və daim ermənilərin sifarişi ilə təxribat xarakterli bəyanatlar səsləndirən rusiyalı deputat, Dövlət Dumasının MDB ölkələri, Avrasiya inteqrasiyası və soydaşları ilə əlaqələri üzrə komitəsinin sədr müavini Konstantin Zatulinin təşəbbüsü ilə yaradılıb.скачать dle 10.6фильмы бесплатно


www.dunyavebiz.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ