SON DƏQİQƏ

DunyaVeBiz.Az

Kardionevroz xəstənin həyat keyfiyyətini aşağı salır

30-11-2018, 16:20

Kardionevroz xəstənin həyat keyfiyyətini aşağı salır

Kardionevroz polinevroloji xəstəlikdir. Ürək çox həssas orqan olduğuna görə istənilən stress və həyəcan onun fəaliyyətinə təsir edir, qan dövranı sürətlənir, döyüntülərin sayı artır, ritm dəyişir. Orqanizm stresslərə daha çox məruz qalanda isə ürək döyünməsinin tutma şəkilli xarakter alması ürək nevrozunun inkişafından xəbər verir. Müasir dövrdə stressiz ötüşmək mümkün olmadığına görə ürək həddindən artıq yüklənməyə məruz qalır, fəaliyyətində pozulmalar əmələ gəlir.

Respublika Neyrocərrahiyyə Xəstəxanasının həkim-kardioloqu Nərgiz Məmmədova bu barədə AZƏRTAC-a verdiyi müsahibədə deyib: “Kardionevroz özünü müxtəlif əlamətlərlə büruzə verir. Lakin bu xəstələrin hamısının ürək nahiyəsində sancı və sızıldayıcı ağrı müşahidə olunur. Xəstə özünü pis hiss edir, ölüm qorxusu, güclü həyəcan və təşviş hissi yaranır. Ağrı ilə yanaşı nəfəsalmanın çətinləşməsi, yuxu pozulması, ümumi zəiflik, ətrafların keyiməsi və baş gicəllənməsindən şikayətlər olur. Fizikal müayinədə taxikardiya, arterial təzyiqin yüksəlməsi və tərləmənin artması aşkar edilir.

Ürək nevrozu həyati təhlükə yaratmasa da, xəstənin həyat keyfiyyətini aşağı salır. Bu səbəbdən həkimə müraciət etmək mütləqdir. Kardionevrozun müalicəsində dərman maddələri ilə yanaşı ürək-damar sisteminin tonusunu və yuxunu tənzimləmək üçün fitoterapiyadan geniş istifadə edilir”.скачать dle 10.6фильмы бесплатно


www.dunyavebiz.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ