SON DƏQİQƏ

DunyaVeBiz.Az

Bu içki depressiyanın qarşısını alır

4-12-2018, 17:27

Bu içki depressiyanın qarşısını alırKakao paxlasından yağ aldıqdan sonra qalan jmıx üyüdülür və ondan kakao tozu əldə edilir.

Kakaoda teobromin maddəsi var ki, bu da ürək-damar və əsəb sisteminə oynadıcı təsir göstərir. Süd, qaymaq və başqa xammalların qatılması isə içkinin qidalılıq dəyərini artırır. Mütəxəssislərin fikrinə görə isə, soyuq fəsillərdə kakaonun istehlakı orqanizm üçün çox faydalıdır.

Dunyavebiz.az AZƏRTAC-a istinadən bildirir ki, İngiltərənin Redinq Universitetinin alimləri apardıqları araşdırmalar nəticəsində kakaonun bağırsaqlarda faydalı bakteriyaların çoxalmasını stimullaşdırdığı və iltihabı azaltdığı qənaətinə gəliblər. Nəticədə isə immun sistemi möhkəmlənir.

Lakin kakaonun orqanizmə olan faydası bununla bitmir. Belə ki, onun sinir sisteminə müsbət təsir etdiyi də bir daha sübut edilib. Kakaonun tərkibində olan maddələr, həmçinin neyronların bərpasını stimullaşdırır, onların arasında olan əlaqələri bərpa edir.скачать dle 10.6фильмы бесплатно


www.dunyavebiz.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ