SON DƏQİQƏ

DunyaVeBiz.Az

Dünyada ilk dəfə: ölmüş qadın dünyaya uşaq "gətirdi" - FOTO

5-12-2018, 17:00

Dünyada ilk dəfə: ölmüş qadın dünyaya uşaq "gətirdi" - FOTODünyada ilk dəfə olaraq ölmüş qadının analıq yolunun transplantasiyası vasitəsilə uşaq doğulub.

Dunyavebiz.az The Lancet-ə istinadən bildirir ki, unikal əməliyyat San-Paulu Universitetinin klinikasında gerçəkləşdirilib.

Ötən ilin sonlarında uğurla başa çatmış əməliyyat barədə indi məlumat yayılıb.

"Hospital das Clinicas"da dünyada ilk dəfə olaraq ölmüş qadının analıq yolu ana ola bilməyən, hamilə qalmaq imkanından məhrum olmuş qadına transplantasiya olunub.

32 yaşlı qadın hamilə qalıb və 3,8 kq ağırlığında qızını dünyaya gətirib.

3 övlad anası olmuş 45 yaşlı, donor qismində istifadə olunmuş qadın isə insultdan ölmüşdü.

32 yaşlı qadında anadangəlmə Mayer-Rokitanski-Kaster-Hauzer Sindromu (Mayer-Rokitansky-Kuster-Hauser syndrome, MRKH) olduğundan onun analıq yolunda çox ciddi fəsadlar vardı.

11 saat davam edən əməliyyat zamanı 45 yaşlı mərhum qadının analıq yolu 32 yaşlı qadının bədəninə köçürülüb. Transplantasiyadan sonra gələcək anaya bir neçə immunsupressantlar verilib. Bu preparatlar həm transplantın bədənə uyğunlaşmasına yardım etməli, həm də qadının hamilə qala bilmək şanslarını artırmalı idi.скачать dle 10.6фильмы бесплатно


www.dunyavebiz.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ