SON DƏQİQƏ

DunyaVeBiz.Az

Günün ən vacib yeməyi səhər yeməyidir?

5-12-2018, 16:30

Günün ən vacib yeməyi səhər yeməyidir?Ən vacib yeməyin səhər yeməyi olduğunu, sağlam və arıq insanların səhər yeməyini ötürmədiyini çox eşitmişik. Bəs doğurdanmı bu belədir?

"Səhər yeməyi günün ən vacib yeməyidir" sözü bütün valideynlərin tez-tez işlətdiyi bir arqumentdir. Lakin Britaniyada böyüklərin üçdə ikisi, ABŞ-da isə dörddə üçü səhər yeməyi yeyir.

Dietoloq Sarah Elder-ə görə, "Bədənimiz gecə ərzində böyümək və bərpa olunmaq məqsədiylə çoxlu miqdarda enerji sərf edir. Balanslı bir səhər yeməyi ilə enerji, zülal və kalsium səviyyəmizi günə başlayarkən gücləndirmiş oluruq".

Lakin bəziləri səhər yeməyinin əhəmiyyətinə inanmır. Bəziləri gün ərzində uzun saatlar ərzində yemək yeməməyi nəzərdə tutan pəhrizlərin uğurundan danışarkən, bəziləri də səhər yeməyi mövzusunda ictimaiyyətin münasibətini istiqamətləndirməyi hədəfə alan "xırtıldayan" qida bazarının təsirindən şikayət edir. Hətta səhər yeməyinin "təhlükəli" olduğunu iddia edən alim belə vardır.

Bəs, səhər yeməyi günə başlamağın ən yaxşı yoludur, yoxsa "xırtıldayan" qida istehsal edən şirkətlər öz mənfəətləri üçün səhər yeməyinin vacibliyini qabardırlar?скачать dle 10.6фильмы бесплатно


www.dunyavebiz.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ