SON DƏQİQƏ

DunyaVeBiz.Az

Bakıda Venesuela konsulluğu açılacaq

4-12-2018, 10:27

Bakıda Venesuela konsulluğu açılacaqGələn il Venesuelanın Bakıdakı səfirliyində konsulluq şöbəsinin açılması planlaşdırılır.

Dunyavebiz.az-ın məlumatına görə, bu barədə 1news.az-a müsahibəsində Venesuela Bolivar Respublikasının Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Pedro Argenis Sançes Flores deyib.

Onun sözlərinə görə, hazırda Venesuelaya səfər edən azərbaycanlılar vizanı Türkiyə və İrandakı diplomatik korpuslardan əldə edirlər.

“Gələn il Azərbaycanda səfirliyin konsulluq şöbəsinin açılmasını nəzərdə tutmuşuq. Bundan sonra azərbaycanlılar Bakıda viza əldə edə biləcəklər. Ümid edirəm ki, bu, Venesuelaya səfər edənlərin sayını da artıracaq”.

Pedro Argenis Sançes Flores bildirib ki, gələn il Venesuela Bolivar Respublikasının prezidenti Nikolas Maduronun Azərbaycana səfəri planlaşdırılır.

Onun sözlərinə görə, prezident Maduronun 2019-cu ildə Bakıda keçiriləcək Qoşulmama Hərəkatının Zirvə görüşündə iştirakı gözlənilir.

Xatırladaq ki, Azərbaycan 2019-2022-ci illərdə Qoşulmama Hərəkatına sədrlik edəcək. Bu çərçivədə gələn il Bakıda Zirvə görüşü olacaq.

Prezident Maduro daha əvvəl 2016-cı ildə Azərbaycanda səfərdə olub.скачать dle 10.6фильмы бесплатно


www.dunyavebiz.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ