SON DƏQİQƏ

DunyaVeBiz.Az

Azərbaycan Hərbi Hava Qüvvələrinin komandanı Ankarada Heydər Əliyev Parkını ziyarət edib

5-12-2018, 11:12

Azərbaycan Hərbi Hava Qüvvələrinin komandanı Ankarada Heydər Əliyev Parkını ziyarət edibAzərbaycan Respublikası müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələri Komandanı, general-leytenant Ramiz Tahirov Türkiyə Respublikasının Hərbi Hava Qüvvələrinin komandanı, ordu generalı Hasan Küçükakyüzün dəvəti ilə Ankarada səfərdədir.

AZƏRTAC xəbər verir ki, səfər Ankaradakı Heydər Əliyev Parkında Ulu Öndərimizin abidəsinin ziyarət olunması ilə başlayıb.

Ümummilli lider Heydər Əliyevin abidəsi önünə Hərbi Hava Qüvvələri adından əklil qoyulub, dahi şəxsiyyətin əziz xatirəsi dərin ehtiramla yad olunub.

Sonra Türkiyə Respublikasının banisi Mustafa Kamal Atatürkün məzarı - "Anıtqəbir" mavzoleyi ziyarət edilib. Azərbaycan Respublikasının Hərbi Hava Qüvvələrinin adından Atatürkün məzarı önünə əklil qoyulub.скачать dle 10.6фильмы бесплатно


www.dunyavebiz.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ