SON DƏQİQƏ

DunyaVeBiz.Az

Sabah hava dəyişkən buludlu olacaq

4-12-2018, 17:58

Sabah hava dəyişkən buludlu olacaqSabaha gözlənilən hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Dunyavebiz.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacaq.

Arabir tutulacağı, gecə və səhər bəzi yerlərdə çiskinli yağış yağacağı ehtimalı var. Səhər bəzi yerlərdə zəif duman olacaq. Cənub küləyi əsəcək.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 6-8, gündüz 12-14 dərəcə isti olacaq.

Atmosfer təzyiqi normadan yüksək 765 mm civə sütunundan 758 mm civə sütununa enəcək, nisbi rütubət gecə 70-80 faiz , gündüz 50-55 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 5-7, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 4-7 dərəcə isti təşkil edəcək.скачать dle 10.6фильмы бесплатно


www.dunyavebiz.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ