SON DƏQİQƏ

DunyaVeBiz.Az

Astanada Türk Şurasına üzv ölkələr arasında gənclər və idman sahəsində əməkdaşlığın inkişafı müzakirə olunur

5-12-2018, 12:17

Astanada Türk Şurasına üzv ölkələr arasında gənclər və idman sahəsində əməkdaşlığın inkişafı müzakirə olunurAstanada Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına (Türk Şurası) üzv ölkələrin gənclər və idman nazirlərinin üçüncü görüşü keçirilir.

AZƏRTAC xəbər verir ki, görüşdə Türk Şurasının baş katibi Bağdat Amreyev, Azərbaycanın gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov, Qazaxıstanın ictimai inkişaf naziri Darxan Kaletayev, Türkiyənin gənclər və idman naziri Mehmet Muharrem Kasapoğlu, Qırğızıstanın gənclər və idman işləri agentliyinin direktoru Kanat Amankulov, Qazaxıstanda akkreditə olunan diplomatik korpusun rəhbərləri və nümayəndələri iştirak edirlər.

İclasda Türk Şurası Gənclər Platformasının fəaliyyətini tənzimləyən sənədlərin layihələri, türk gənc liderlərinin forumu, İstanbulda növbəti Köçəri İdman Oyunlarının keçirilməsi, beynəlxalq gənclər düşərgələrinin, türk universiadalarının, Türk Şurasına üzv ölkələrin gənclər və idman nazirlərinin növbəti iclasının təşkili və s. məsələlər müzakirə olunur.скачать dle 10.6фильмы бесплатно


www.dunyavebiz.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ