SON DƏQİQƏ

DunyaVeBiz.Az

Bu il 142-Çağrı mərkəzi tərəfindən 147,5 min müraciət cavablandırılıb

5-12-2018, 12:18

Bu il 142-Çağrı mərkəzi tərəfindən 147,5 min müraciət cavablandırılıb2018-ci ilin ötən dövründə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 142-Çağrı mərkəzinə vətəndaşlar tərəfindən 147 min 484 müraciət daxil olub.

Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, vətəndaşlar əsasən sosial təminat növləri, tibbi-sosial reabilitasiya, aktiv məşğulluq tədbirlərinə, özünüməşğulluq proqramına cəlb olunma, əmək qanunvericiliyinə əməl olunması, pensiya təyinatı, elektron xidmətlərdən istifadə və s. məsələlərlə bağlı müraciət ediblər.

Ümumi müraciətlərin 95,5 faizi və ya 12 min 218-i sorğu xarakterli olub və sorğuların hər biri ilə bağlı vətəndaşlara hüquqi izahatlar verilib.

Digər müraciətlərdə əksini tapan məsələlər isə nazirliyin aidiyyəti struktur bölmələrində araşdırılıb və nəticəsinə uyğun tədbirlər görülüb. Görülən tədbirlər barədə də vətəndaşlara məlumatlar verilib.скачать dle 10.6фильмы бесплатно


www.dunyavebiz.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ