SON DƏQİQƏ

DunyaVeBiz.Az

“Bavariya” bu oyunçu üçün 70 milyon avro təklif etdi

24-04-2019, 13:45

İtaliyanın “Fiorentina” klubunun yarımmüdafiəçisi Federiko Kyeza karyerasını Almaniya Bundesliqasında davam etdirməyə yaxındır.

ONA-nın məlumatına görə, yarımmüdafiəçini Almaniyanın “Bavariya” klubu transfer etmək istəyir.

Münhen təmsilçisi italiyalı yarımmüdafiəçi ilə bağlı sərfəli təkliflə çıxış edib. “Bavariya” F.Kyeza üçün Florensiya təmsilçisinə 70 milyon verməyə hazırdır. Bu isə futbolçunu heyətində görmək istəyən İtaliya klubları “Napoli”, “Yuventus” və “İnter”i çətin vəziyyətdə qoyub. A seriyası təmsilçiləri yarımmüdafiəçi üçün belə yüksək məbləğ vermək barədə düşünmür. Düzdür, neapolluların oyunçuya müəyyən hüquqları var. Lakin onun transferi üçün ən azı “Bavariya” ilə eyni məbləğ ödənməlidir.
Qeyd edək ki, F.Kyeza “Fiorentina”nın yetirməsidir. 21 yaşlı futbolçu cari mövsümün 32 oyununda 6 qol vurub.скачать dle 10.6фильмы бесплатно


www.dunyavebiz.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ