SON DƏQİQƏ

DunyaVeBiz.Az
Yüklənir...
reklam

DİN-dən əməliyyat – Kibercinayətkarlar saxlanıldı

DİN-dən əməliyyat – Kibercinayətkarlar saxlanıldı
1-08-2017, 17:41 10 134 dəfə baxılıb

Respublikanın daxili işlər orqanları tərəfindən informasiya texnologiyalarından istifadə edilməklə törədilən kibercinayətlərlə mübarizə sahəsində keçirilən xüsusi əməliyyat tədbiri uğurla nəticələnib.

Dunyavebiz.az-ın məlumatına görə, bu barədə Daxili İşlər Nazirliyindən (DİN)Trend-ə bildirilib. Məlumatda bildirilir ki, əməliyyat-istintaq tədbirləri nəticəsində 10 nəfərdən ibarət cinayətkar qrup ifşa olunub.

İlkin araşdırmalarla müəyyən edilib ki, qrup üzvləri qanunsuz əldə etdikləri xarici ölkə vətəndaşlarına aid bank kartlarından respublika ərazisində onlayn ödənişlər edib, müxtəlif hesablara külli miqdarda pul vəsaiti köçürüb və vətəndaşların bank hesablarından oğurluq etməyə cəhd göstəriblər.

Faktla bağlı DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 177.2.3-1, 177.3.2 və 272.2.2-ci (elektron məlumat daşıyıcılarından istifadə etməklə oğurluq, kompüter məlumatlarını qanunsuz ələ keçirmə) maddələri ilə cinayət işi başlanılıb.

İş üzrə Sumqayıt şəhər sakinləri Ruzigar Bəylərov, Həmid Əzimzadə, Səbuhi Quliyev, Bakı şəhər sakini Elnur DİN-dən əməliyyat – Kibercinayətkarlar saxlanıldıAğayev, Laçın rayonunda anadan olmuş Elxan Abdulkərimov və qrupun digər üzvləri müvafiq maddələrlə təqsirli bilinərək həbs ediliblər.

Hazırda onların analoji cinayət əməllərinin müəyyən olunması istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir.

İ.F.

скачать dle 10.6фильмы бесплатно






www.dunyavebiz.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
yüklənir...
GÜNDƏM
KÖŞE YAZARLARI
yüklənir...
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ
SON DƏQİQƏ