SON DƏQİQƏ

DunyaVeBiz.Az

“Matç TV” Bakıdan reportaj hazırladı - VİDEO

1-12-2018, 15:00

“Matç TV” Bakıdan reportaj hazırladı - VİDEORusiyanın məşhur idman kanalı olan “Matç TV” Bakı haqqında 15 dəqiqəlik süjet hazırlayıb.

Dunyavebiz.az-ın məlumatına görə, süjetdə 2020-ci ildə Bakıda Olimpiya Stadionunda keçiriləcək futbol üzrə Avropa Çempionatının dörd oyunu barədə söz açılıb.

Proqramın aparıcısı izləyicilərə Azərbaycan barəsində, ölkəmizdə yetişən meyvələr və ədviyyatlar, həmçinin oyunların keçiriləcəyi Bakı Olimpiya Stadionu haqqında məlumat verib.

O, azərbaycanlı xanımların hansı səviyyədə futbol azarkeşi olması ilə maraqlanıb, əfsanəvi Tofiq Bəhramov barəsində maraqlı məlumatlar təqdim edib.

Proqramın sonunda AFFA-nın baş katibi Elxan Məmmədov Rusiya millisinə Avro-2020-yə düşməyi və final oyununu Bakıda keçirməyi arzulayıb.
скачать dle 10.6фильмы бесплатно


www.dunyavebiz.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ