SON DƏQİQƏ

DunyaVeBiz.Az

Güləş üzrə Azərbaycan çempionatı başlayır - VİDEO

5-12-2018, 15:35

Güləş üzrə Azərbaycan çempionatı başlayır - VİDEODekabrın 18-dən 20-dək Bakı İdman Sarayında sərbəst və yunan-Roma güləşi üzrə böyüklər arasında ölkə çempionatı keçiriləcək.

Dunyavebiz.az xəbər verir ki, Dünya Güləş Birliyinin (UWW) qaydalarına uyğun təşkil olunacaq yarışda 10 çəki (sərbəst – 57 kq, 61 kq, 65 kq, 70 kq, 74 kq, 79 kq, 86 kq, 92 kq, 97 kq, 125 kq, yunan-Roma – 55 kq, 60 kq, 63 kq, 67 kq, 72 kq, 77 kq, 82 kq, 87 kq, 97 kq, 130 kq) üzrə mükafatçılar müəyyənləşəcək.

Görüşlər hər gün saat 10:00-da başlayacaq. Yarımfinal və medallar uğrunda qarşılaşmalar saat 17:00-da start götürəcək. Turnirin açılış mərasimi dekabrın 19-u saat 16:30-da başlayacaq.

Reqlamentə əsasən, ilk yarış günündə – dekabrın 18-də yunan-Roma güləşçiləri mübarizə aparacaq. Ertəsi gün bu növdə medal görüşləri keçiriləcək. Dekabrın 19-da sərbəst güləşçilərin mübarizəsinə də start veriləcək. Sərbəst güləşçilərin qızıl və bürünc medal uğrunda qarşılaşmaları isə dekabrın 20-də baş tutacaq. Ölkədə qadın güləşçilərin say azlığından bu növdə yenə güclülər müəyyənləşdirilməyəcək.

Qeyd edək ki, çempionat "İdman Azərbaycan" telekanalı ilə canlı yayımlanacaq. Bakı İdman Sarayına giriş pulsuzdur.

скачать dle 10.6фильмы бесплатно


www.dunyavebiz.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ